İstifadə şərtləri
Son yenilənmə tarixi: 28 iyun 2026-cı il.
Bu Qaydalar və Şərtlər Bahruz Beauty internet mağazasından və bahruzbeauty.az saytında təqdim olunan xidmətlərdən istifadə qaydasını müəyyən edir. Sayta daxil olmaq, hesab yaratmaq və ya sifariş vermək bu sənədlə tanış olduğunuzu və onun müddəalarını qəbul etdiyinizi bildirir.
1. Hüquqi məlumat və sənədin tətbiqi
Bahruz Beauty və bahruzbeauty.az Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bu sənəd saytın digər siyasətləri, o cümlədən Məxfilik və təhlükəsizlik siyasəti, çatdırılma, ödəniş və geri qaytarma qaydaları ilə birlikdə tətbiq olunur.
Xidmətlərdən istifadə etməzdən və sifariş verməzdən əvvəl müvafiq qaydaları diqqətlə oxumağınız xahiş olunur. Qaydalarla razı deyilsinizsə, saytdan alış-veriş məqsədilə istifadə etməməlisiniz.
18 yaşına çatmamış istifadəçilər saytdan yalnız valideyninin və ya qanuni nümayəndəsinin razılığı və nəzarəti ilə istifadə edə, məhsul sifarişini isə onların icazəsi ilə rəsmiləşdirə bilərlər.
2. Əqli mülkiyyət hüquqları
Saytın proqram təminatı, interfeysi, dizaynı, mətnləri, foto və videoları, qrafik elementləri, loqosu, ticarət nişanları, ikonları, səhifə quruluşu və digər materialları Bahruz Beauty-yə və ya müvafiq hüquq sahiblərinə məxsusdur.
İstifadəçiyə sayt materiallarından yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün məhdud, geri çağırıla bilən və başqasına ötürülə bilməyən istifadə hüququ verilir. Bahruz Beauty-nin əvvəlcədən yazılı razılığı olmadan materialların surətinin çıxarılması, dəyişdirilməsi, satılması, kommersiya məqsədilə yayılması, başqa platformada yerləşdirilməsi və ya üçüncü şəxsin adından istifadəsi qadağandır.
Saytdan istifadə heç bir müəlliflik, mülkiyyət, lisenziya və ya ticarət nişanı hüququnun istifadəçiyə keçməsi demək deyil. Qaydaların pozulması halında verilmiş istifadə hüququ əvvəlcədən xəbərdarlıq edilmədən dayandırıla bilər.
3. Qeydiyyat və istifadəçi hesabı
Bəzi xidmətlərdən, şəxsi kabinetdən, sifariş tarixçəsindən, bəyəndiklərim siyahısından və bildirişlərdən istifadə üçün qeydiyyat tələb oluna bilər. Qeydiyyat zamanı düzgün, tam və aktual məlumat təqdim etməli, dəyişiklik olduqda hesab məlumatlarını yeniləməlisiniz.
Hesab giriş məlumatlarının və parolun məxfiliyinə görə istifadəçi məsuliyyət daşıyır. Hesabınızın icazəsiz istifadə edildiyini aşkar etdikdə dərhal Bahruz Beauty müştəri xidməti ilə əlaqə saxlamalısınız. Sizin giriş məlumatlarınızla aparılan əməliyyatların qanunla nəzərdə tutulan nəticələrinə görə məsuliyyət istifadəçinin üzərinə düşə bilər.
4. İstifadəçi tərəfindən yerləşdirilən məzmun
Rəy, şərh, foto və ya digər məlumat yerləşdirərkən həmin məzmunu paylaşmaq hüququna malik olduğunuzu təsdiq edirsiniz. Təhqir, nifrət nitqi, ayrı-seçkilik, qanunsuz məlumat, üçüncü şəxsin hüquqlarını pozan material, reklam xarakterli arzuolunmaz məzmun və ya yanıltıcı məlumat paylaşmaq qadağandır.
Bahruz Beauty istifadəçi məzmununu dərc edilməzdən əvvəl yoxlaya, uyğun olmayan məzmunu dərc etməyə və ya silməyə bilər. Moderasiya prosesi 48 saata qədər davam edə bilər. Bununla belə, bütün istifadəçi paylaşımlarının əvvəlcədən yoxlanılmasına zəmanət verilmir və istifadəçi paylaşdığı məzmuna görə özü məsuliyyət daşıyır.
Digər istifadəçilərin yazdığı fikirlər Bahruz Beauty-nin rəsmi mövqeyi hesab edilmir. Şübhəli və ya hüquq pozuntusu yaradan məzmunla qarşılaşdıqda müştəri xidmətinə məlumat verə bilərsiniz.
5. Sayta giriş və texniki xidmət
Bahruz Beauty saytın fasiləsiz, səhvsiz və bütün cihazlarda eyni şəkildə işləməsi üçün zəruri tədbirləri görür. Bununla belə, texniki xidmət, yenilənmə, rabitə problemi və ya Bahruz Beauty-dən asılı olmayan hallar səbəbilə xidmət müvəqqəti məhdudlaşdırıla bilər.
Məhsul fotoşəkillərinin rəngi və görünüşü cihazın ekran parametrlərinə görə real məhsuldan qismən fərqlənə bilər. Məhsulun əsas xüsusiyyətləri məhsul səhifəsindəki yazılı məlumat əsasında qiymətləndirilməlidir.
Bahruz Beauty təhlükəsizlik, texniki inkişaf və xidmət keyfiyyəti məqsədilə saytın istənilən hissəsini yeniləmək, dəyişdirmək və ya müvəqqəti dayandırmaq hüququna malikdir.
Satış şərtləri
6. Alış-veriş üçün uyğunluq
Saytdan məhsul almaq üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müqavilə bağlamaq hüququna malik olmalı və sifariş formalarında tələb olunan məlumatları düzgün təqdim etməlisiniz.
Sifariş zamanı həqiqi ad və soyad, aktiv telefon nömrəsi, e-poçt ünvanı, çatdırılma ünvanı və seçilmiş ödəniş üsulu üzrə tələb olunan məlumatlar təqdim edilməlidir. Təqdim etdiyiniz ödəniş və əlaqə məlumatlarının düzgünlüyünə görə siz məsuliyyət daşıyırsınız.
Kartla ödəniş zamanı əməliyyat bank və ödəniş xidməti tərəfindən yoxlanıla bilər. Ödənişin təsdiqlənməsi, fırıldaqçılığın qarşısının alınması və qanuni tələblərin icrası üçün zəruri məlumatlar təhlükəsiz şəkildə aidiyyəti ödəniş xidməti, bank və səlahiyyətli dövlət orqanları ilə paylaşa bilər.
7. Məhsul sifarişləri
Saytda satılan məhsullar əsasən şəxsi istifadə üçün nəzərdə tutulur. Bahruz Beauty-dən alınan məhsulların icazəsiz kommersiya məqsədilə təkrar satışı yolverilməzdir.
Məhsullar anbardakı mövcudluğa tabedir. Sifarişdən sonra məhsulun tükəndiyi, məlumatda texniki xəta olduğu və ya sifarişin icrasına mane olan başqa hal aşkar edilərsə, sizinlə əlaqə saxlanılacaq; sifarişin müvafiq hissəsi və ya hamısı ləğv edilə bilər.
Bahruz Beauty aşağıdakı hallarda sifarişi qəbul etməmək və ya ləğv etmək hüququnu saxlayır:
- məhsulun qiyməti və ya təsvirində aşkar texniki xəta olduqda;
- bank kartı üzrə ödəniş təsdiqlənmədikdə;
- çatdırılma ünvanı xidmət ərazisindən kənarda olduqda;
- məhsul keyfiyyət yoxlamasından keçmədikdə və ya geri çağırıldıqda;
- istifadəçi bu Qaydalar və Şərtlərdəki tələblərə cavab vermədikdə;
- sifarişin qanunsuz və ya kommersiya məqsədli olduğuna dair əsaslı şübhə yarandıqda.
Sifarişin saytda qeydə alınması onun avtomatik olaraq yekun qəbul edilməsi demək deyil. Qapıda və ya sonradan ödəniş üsulu seçildikdə sifariş, tələb olunan məlumatların yoxlanılmasından sonra təsdiqlənir. Bank kartı ilə ödənişdə isə yekun təsdiq bankın əməliyyatı uğurla təsdiqləməsindən asılıdır.
Məhsullar hazırlanıb göndərişə verildikdə sifarişin statusu yenilənir. Satış müqaviləsinin icrası məhsulun alıcıya təqdim edilməsi və qəbulun təsdiqlənməsi ilə tamamlanır.
8. Qiymətlər və ödəniş
Saytda göstərilən qiymətlər Azərbaycan manatı (AZN) ilə təqdim edilir. Kampaniya və endirim şərtləri elan edilmiş müddət və məhsul qalığı çərçivəsində qüvvədədir.
Ödəniş üsulları sifariş səhifəsində göstərilir. Bank kartı əməliyyatları bankın və ödəniş provayderinin təhlükəsizlik qaydalarına tabedir. Bank əməliyyatı rədd etdikdə kartla ödənişli sifariş uğursuz hesab edilə bilər; digər ödəniş üsullarında isə sifariş ödəniş üsuluna uyğun qaydada təsdiqlənir.
9. Çatdırılma
Bahruz Beauty sifarişləri Azərbaycan Respublikası ərazisində mövcud çatdırılma zonaları üzrə təqdim edir. Dəqiq ərazi, müddət və çatdırılma haqqı sifariş zamanı göstərilir.
Sifarişin vaxtında çatdırılması üçün ünvan, mənzil və ya ofis məlumatı, şəhər, telefon nömrəsi və qəbul edən şəxsin məlumatları tam və düzgün yazılmalıdır. Yanlış və ya natamam məlumat səbəbindən yaranan gecikməyə görə Bahruz Beauty məsuliyyət daşımaya bilər.
Məhsulu qəbul edərkən bağlamanın bütövlüyünü, məhsulun adını, sayını və görünən vəziyyətini kuryerin iştirakı ilə yoxlamağınız tövsiyə olunur. Uyğunsuzluq və ya görünən zədə varsa, məhsulu qəbul etməzdən əvvəl bunu çatdırılma sənədində qeyd edin və müştəri xidmətinə bildirin.
10. Dəyişdirmə və geri qaytarma
Qaytarma və dəyişdirmə tələbləri Azərbaycan Respublikasının qanunvericiliyinə, məhsulun xüsusiyyətinə və istifadə vəziyyətinə uyğun qiymətləndirilir. İstehsal qüsuru, səhv məhsul göndərilməsi və ya çatdırılma zamanı yaranmış zədə hallarında mümkün qədər tez bizimlə əlaqə saxlayın.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, lazımi keyfiyyətli aşağıdakı məhsul qrupları, qanunvericilikdə nəzərdə tutulan istisnalar xaricində, dəyişdirilmir:
- Qızıl və qızıl məmulatları.
- Qiymətli və yarımqiymətli metallardan və daşlardan hazırlanmış məmulatlar.
- İstehsal qüsuru olmayan parçalar və ölçü ilə satılan bəzi mallar.
- Parfümeriya və kosmetika məhsulları.
- Kişi, qadın və uşaq çimərlik geyimləri.
- Məktəbəqədər yaşlı və yeni doğulmuş uşaqlar üçün alt geyimləri.
- Məişət-kimya məhsulları.
- Şəxsi gigiyena əşyaları, o cümlədən diş fırçası, daraq və biqudi.
- Uşaq oyuncaqları.
- İstehsal qüsuru olmayan, istifadə edilmiş və ya etiketi olmayan corab və alt geyimləri.
- Qida üçün nəzərdə tutulan plastik məmulatlar.
- Dəyəri ödənilmiş və satış obyektindən çıxarılmış yararlılıq müddətli ərzaq məhsulları.
Bu məhdudiyyətlər istehsal qüsuru olan məhsullarla bağlı istehlakçının qanuni hüquqlarını aradan qaldırmır.
11. Qaydaların dəyişdirilməsi
Bahruz Beauty qanunvericilik, texniki imkanlar və xidmət şərtlərindəki dəyişikliklərə uyğun olaraq bu sənədi yeniləyə bilər. Yeni redaksiya saytda dərc edildiyi tarixdən qüvvəyə minir. Mühüm dəyişikliklər barədə saytda əlavə bildiriş təqdim edilə bilər.
12. Əlaqə
Bu Qaydalar və Şərtlər, sifariş, ödəniş, çatdırılma və ya geri qaytarma ilə bağlı suallarınız üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
- E-poçt: info@bahruzbeauty.az
- Veb-sayt: bahruzbeauty.az
- Telefon: 055 970 83 23
Bu sənəddə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən həll edilir.